Ramil Şeydayevin Türkiyədəki qazancı açıqlandı - MƏBLƏĞ

 Ramil Şeydayevin Türkiyədəki qazancı açıqlandı - MƏBLƏĞ

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transfer olunduğu “Kocaelispor”da qazanacağı məbləğ bəlli olub.

Titul.az metbuat.az-a istinadən xəbər verir ki, 27 yaşlı forvard bonuslar da daxil olmaqla cari mövsümün qalan 6 ayı üçün 300 min avro alacaq.

Yığmamızın üzvünün növbəti mövsüm üçün gəliri isə 550 min avro təşkil edəcək.

Qeyd edək ki, Ramil Şeydayevin son klubu Tailand “Buriram Yunayted”i olub.

00:57 - 12 Yanvar 2024

Xəbər lenti