Zina ailədən kənar cinsi əlaqəyə deyilir. Bu, Uca Allahın qəzəbinə səbəb olan və axirət əzabına aparan ən böyük günahlardandır.
Zina etməyin cəzası
Peyğəmbər (salləllahu aleyhi və səlləm) zina edənlərin qəbir əzabı haqqında belə demişdir: "Onlar lüt vəziyyətdə təndirə bənzər, üstü dar, altı geniş bir oyuğun içində olacaqlar. Bu oyuğun altında hər dəfə atəş alovlanır, alov hər dəfə günahkarlara yaxınlaşdıqda onlar yuxarı qalxacaq, hətta, az qalacaq ki, oradan bayıra çıxsınlar, alov səngidikdə isə geri çəkiləcəklər (bu hal qiyamətə qədər davam edəcək". (əl-Buxari).
Onların Cəhənnəm əzabı isə bundan qat-qat şiddətlidir. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!" (əl-Furqan, 68-7Oruc tutmaq. Çünki, hədisin ikinci hissəsində "oruc şiddətli bir şəhvət qırıcıdır" deyilir.
Gözü haramdan çəkmək. Bu, zina və digər haram şeylərə aparan birinci səbəbdir. Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar". (ən-Nur, 31). Alimlər demişlər: "Baxmaq insanın başına bəlalar gətirən bütün işlərin başlanğıcıdır. Çünki baxmaq xatırlamağa gətirib çıxarır, xatırlamaq fikirləşməyə vadar edir, fikirləşmək şəhvəti oyadır, şəhvət istək əmələ gətirir, sonra isə bu, artıq qəti qərara çevrilir və əlbət ki, zina baş verir...".
Naməhrəmlə söhbətdən çəkinmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır".
Naməhrəmlə təklikdə qalmamaq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd).
Naməhrəmə toxunmamaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani).
Əxlaqlı, Uca Allahdan qorxan insanlarla dostluq etmək, günahkar və günaha çağıran insanlardan uzaq olmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Dəvud; ət-Tirmizi). / Zikr.az
00:26 - 12 Yanvar 2024