Nuradan SƏRT SÖZLƏR: "Broyler" toyuğu kimi..."

 Nuradan SƏRT SÖZLƏR:

Nura Suri Əməkdar artist Elza Seyidcahanın müdafiəsinə qalxıb.

Titul.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, sosial media hesabında Əməkdar artistin fotosunu paylaşaraq onu tənqid edənləri qınayıb.

Nura izləyiciləri Elzanı olduğu kimi qəbul etməyə çağırıb: "Elzanı müzakirə etməkdən əl çəkin. Onu olduğu kimi qəbul etməlisiniz. İnsanları dəyişdirməyə çalışmayın". "Hamı "broyler" toyuğu kimi eyni görünməli deyil. Hər kəsin özünə məxsus bir tərzi, düşüncəsi və həyat tərzi var", - deyə Nura Suri əlavə edib.

23:57 - 10 Yanvar 2024

Xəbər lenti