Rövnəq Abdullayevin səhhətində PROBLEM YARANDI - İclas təxirə salındı

 Rövnəq Abdullayevin səhhətində PROBLEM YARANDI - İclas təxirə salındı

AFFA-nın İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməli olan iclası təxirə salınıb.

Titul.az xəbər verir ki, Assosiasiyanın mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, buna AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranması səbəb olub.

Gəncədə futbol akademiyasının açılışında iştirak etməli olan qurum başçısı səfərə yollana bilməyəcəyi üçün belə addım atılıb. Həm açılış mərasimi, həm də İcraiyyə Komitəsinin iclası qeyri-müəyyən müddətə təxirə salınıb.

17:04 - 10 Yanvar 2024

Xəbər lenti