Ramil Şeydayev Türkiyə klubunda: 1,5 illik müqavilə bağladı - İDDİA

 Ramil Şeydayev Türkiyə klubunda: 1,5 illik müqavilə bağladı - İDDİA

Azərbaycan millisinin və Tailandın “Buriram Yunayted” klubunun hücumçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

Titul.az xəbər verir ki, məlumatı “bolugundem.com” saytı yayıb.

Xəbərə görə, Ramil artıq “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb.

 17 tura 33 xal toplayan “Kocaelispor” I Liqanın turnir cədvəlinin ikinci pilləsindədir.

Xatırladaq ki, Şeydayev 2016-2018-ci illərdə “Trabzonspor”da olub.

16:27 - 10 Yanvar 2024

Xəbər lenti