Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb.
Titul.az saglamolun.az-a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaların erkən yetkinliyə səbəb olduğu ortaya çıxıb. Mütəxəssis Selim Kurtoğlunun bununla bağlı fikirlərini diqqətinizə çatdırırıq.
Həkim bildirir ki, erkən yetkinlik qız uşaqlarında 8, oğlan uşaqlarında isə 9 yaşından əvvəl yaranan bir vəziyyətdir: "Bu hal oğlanlarda xaya, qızlarda isə sinə böyüməsi olaraq qarşımıza çıxır.
Erkən yetkinliyə bəzi genetik faktorlardan əlavə, qidalanma da səbəb olur. İçərisində soya maddəsi olan biskvitlər, ketçuplar, şokoladlar, qarğıdalı konservi kimi qidalar, həmçinin lavanda tərkibli duş gelləri kimi bir çox vasitələr erkən yetkinliyə səbəb olur. Eyni zamanda içərisində "flatat" maddəsi olduğu üçün plastik stəkanlar, yaxud plastik butulkalarda içməli su günəş altında qaldıqdan sonra içilməməlidir. Qışda pomidor və xiyarın qabıqlı yeyilməsi, o cümlədən toyuğun dərisi ilə birlikdə yeyilməsi erkən yetkinliyə gətirib çıxaran səbəblər arasında yer alır".
16:21 - 10 Yanvar 2024