Cari il üçün əmək pensiyalarının indeksləşdirilmə əmsalı olaraq 10,8 faiz proqnoz gözlənilir.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
"Yəqin ki, fevral ayının əvvəlində bu indeksləşdirmə həyata keçiriləcək. Fevral ayında həm yanvar, həm də fevral ayının indeksləşmə xərci vətəndaşı pensiyasına əlavə edilərək ödənilənəcək", - o qeyd edib.
15:31 - 10 Yanvar 2024