Azərbaycanda gənc qızı məcburi ƏRƏ VERDİLƏR - Qalmaqallı görüntülər: ARAŞDIRMA BAŞLANILDI - VİDEO

 Azərbaycanda gənc qızı məcburi ƏRƏ VERDİLƏR - Qalmaqallı görüntülər: ARAŞDIRMA BAŞLANILDI - VİDEO

Azərbaycanda baş tutan toy mərasimindən qəribə görüntülər yayılıb.

Titul.az Milli.Az-a istinadən bildirir ki, sözügedən videoda gəlinin bu izdivaca məcbur edildiyi aydın şəkildə görünür. Sosial şəbəkədə yayılan paylaşıma böyük maraq olub. Gənc qızı zorla toy mərasiminə aparmaq istəyən yaxınları şiddətlə qınanılıb.

Hadisənin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur. 

Titul.az Trend-ə istinadən bildirir ki, polis sözügedən kadrlarla bağlı artıq araşdırmaya başlayıb.  Gənc qızın zorla toy mərasiminə aparıldığı hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı bildirib ki, məsələ tərəflərindən araşdırılır.

Həmin görüntülər təqdim edirik:

12:19 - 10 Yanvar 2024

Xəbər lenti