"Mənim bu şeydən xəbərim yox idi. Belə də, Musa öz yoldaşını qucağına almışdı. Təzə mod düşüb. İndi hamı Musaya baxıb, bir-birini qucağına alır".
Titul.az bakıvaxtı.az -a istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral müsahibələrindən birində deyib.
Müğənni bir neçə gün öncə "Kanal S"in aparıcısı Anar Yanarsaatın Əməkdar artist Mətanət İsgəndərlini qucağına götürməsinə də münasibət bildirərək, aparıcı və müğənnini tənqid edib: "O gün görürəm ki, bir aparıcı müğənnilərdən birini qucağına alıb. Ay başınız batmasın, bu kişi mənim neçə illik yoldaşımdır, aldı məni qucağına. Siz niyə bundan öyrənib xalqın yoldaşını qucağınıza aldınız?!"
14:45 - 9 Yanvar 2024