Sifariş verdiyi mahnı çalınmadığı üçün 16 yaşlı yeniyetməni ÖLDÜRDÜ - Toya tüfənglə qayıtdı, yaralılar da var - FOTO

 Sifariş verdiyi mahnı çalınmadığı üçün 16 yaşlı yeniyetməni ÖLDÜRDÜ - Toya tüfənglə qayıtdı, yaralılar da var - FOTO

İzmirdə M.S adlı bir şəxs qonaq dəvət olunduğu toyda istədiyi mahnı ifa edilmədiyi üçün məclisi yasa döndərib.

Titul.az xəbər verir ki, sufariş verdiyi mahnı səsləndirilmədiyi üçün toyu tərk edən şəxs qısa zaman sonra yenidən toya qayıdıb. Lakin, o, bu dəfə toya odlu silahla gəlib. Qarşısına çıxana atəş açan şəxs bir uşağı öldürüb, 7 nəfəri isə yaralayıb.

Dünən axşam saatlarında baş verən cinayət hadisəsindən sonra həmin şəxs saxlanılıb. 

Yaralılar təcili yardım əməkdaşları tərəfindən xəstəxaya çatdırılıb. Vəziyyəti ağır olan 16 yaşlı Aytekin Elkalkmış edilən bütün tibbi müdaxilələrə rəğmən dünyasın dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

12:33 - 17 Noyabr 2023

Xəbər lenti