Aygün Bəylərin vəfatından sonra onun Röya Ayxan haqda efirdə dediyi sözlər sosial şəbəkələrdə paylaşılıb.
Titul.az BUTA.TV-yə istinadən xəbər verir ki, ötən il ARB-də “Səhər-səhər” verilişinin qonağı olan Aygün Bəylər xalq artisti Röya Ayxanı sənətkar hesab etmədiyini bildirir və sənətdən biznes kimi istifadə edənlərlə sənətkarın bir-birindən ayrılması gərəkdiyini vurğulayır. Aygün Bəylər çıxışına rəğmən, aparıcı Elgiz Əkbərin yenə də Röyaya “sənətkar” deməsi ilə razılaşmır və nəhayət, qavalını da götürərək, verilişi tərk edir.
Qeyd edək ki, Röya Ayxan buna görə Aygün Bəyləri məhkəməyə vermişdi.
Xatırladaq ki, Aygün Bəylər 6 yanvar 2024-cü ildə müalicə üçün getdiyi Ankaradakı klinikaların birində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 48 yaşlı əməkdar artistin bir övladı qalıb.
16:39 - 8 Yanvar 2024