Bakı metrosunda bədbəxt hadisə: Penitensiar Xidmətin keçmiş zabiti QƏFİL ÖLDÜ

 Bakı metrosunda bədbəxt hadisə: Penitensiar Xidmətin keçmiş zabiti QƏFİL ÖLDÜ

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Titul.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında metronun "İnşaatçılar" stansiyasında qeydə alınıb.

Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib. Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib.

Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" otelinin direktoru vəzifəsində çalışıb.

01:22 - 8 Yanvar 2024

Xəbər lenti