Azərbaycan Respublikasının əməkdar artisti Aygün Hümbətovanın (Bəylər) cənazəsinin Bakıya gətiriləcəyi vaxt bilinib.
Titul.az xəbər verir ki, mərhumun yaxınlarının Trend-ə verdiyi məlumata görə, cənazə Ankaradan Bakıya 12:50 reysi ilə gətiriləcək.
Qeyd edək ki, ötən gecə Azərbaycan Respublikasının əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.
13:06 - 7 Yanvar 2024