Məşhur türk məşqçi Azərbaycan millisini çalışdırmaqdan İMTİNA ETDİ - Səbəbini özü AÇIQLADI - FOTO

 Məşhur türk məşqçi Azərbaycan millisini çalışdırmaqdan İMTİNA ETDİ - Səbəbini özü AÇIQLADI - FOTO

Azərbaycan millisinə baş məşqçi axtarışı davam edir.

Titul.az Trend-ə istinadən xəbər verir ki, AFFA-nın bu posta gətirmək istədiyi növbəti ismə aydınlıq gəlib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası millinin baş məşqçisi qismində görmək istədiyi növbəti məşhur şəxs Türkiyədən olub. O, "Bursaspor"la vaxtilə Türkiyə çempionluğunu bayram etmiş Ərtoğrul Sağlamdır. Türkiyəli məşhur mütəxəssis AFFA-nın təklifini geri çevirib.

Bu barədə özü məlumat verib:

"Beşiktaş"ın ürəyimizdəki yeri hər zaman özəl və ayrı olsa da, bu anda "Kocaelispor" ilə inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru irəliləyirik. İki həftə öncə də Azərbaycan milli komandası üçün bənzər bir proseslər baş verdi. Maraq, nəzakət və gözəl mesajlar üçün təşəkkürlər. Tək düşüncəmiz "Kocaelispor"dur.

10:21 - 7 Yanvar 2024

Xəbər lenti