Şahruddin “Qarabağ”da etdiyi inanılmaz səhvi Türkiyədə də təkrarladı - VİDEO

 Şahruddin “Qarabağ”da etdiyi inanılmaz səhvi Türkiyədə də təkrarladı - VİDEO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” Türkiyə Super Liqasının 19-cu turunda “Başakşehir”lə qarşılaşıb - 0:0.

Titul.az sportinfo.az-a istinadən xəbər verir ki, yığmamızın kiperi bu qarşılaşmada kobud səhvi ilə yadda qalıb.

Belə ki, o matçın 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqibin futbolçusuna ötürüb. Emirhan İlhan Məhəmmədəliyevin bu səhvini fürsətə çevirərək, qol vurub.

Lakin baş hakim VAR kamerasına baxandan sonra qolu qeydə almayıb. Çünki “Başakşehir”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olublar.

10:16 - 7 Yanvar 2024

Xəbər lenti