Aygün Bəylər VƏFAT EDİB? - Əməkdar artist barədə ƏN DOĞRU MƏLUMAT

 Aygün Bəylər VƏFAT EDİB? - Əməkdar artist barədə ƏN DOĞRU MƏLUMAT

Saytlarda yayılan qeyri-rəsmi məlumata görə əməkdar artist Aygün Bəylər dünyasını dəyişib.

Titul.az xəbər verir ki, Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov moderator.az-a xəbəri inkar edib.
 
"Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq" deyə bildirib.

Əməkdar artistin ölüm xəbərlinin ardı-arası kəsilmədiyi bir vaxtda Aygün Bəylərin rəsmi instaqram səhifəsində də sənətçinin vəziyyəti ilə bağlı paylaşım edilib: “Aygün Bəylər vəfat etməyib. Vəziyyəti ağırdır. Dua edin” , - deyə paylaşımda qeyd olunub.

Bu da bir daha xanım sənətçinin ölümü ilə bağlı məlumatların səngiməsinə səbəb olub. 

"Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir", - bu barədə Trend-ə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib. "Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.

 Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.

23:46 - 6 Yanvar 2024

Xəbər lenti