Azərbaycanda bir avtomobil qəzası ŞƏHƏRİ İŞIQSIZ QOYDU - FOTO

 Azərbaycanda bir avtomobil qəzası ŞƏHƏRİ İŞIQSIZ QOYDU - FOTO

Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qalıb.

Titul.az report-a istinadən xəbər verir ki, şəhərin H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili idarəetməni itirərək elektrik və internet dirəklərinə çırpılıb. Nəticə Xaçmaz şəhərinin böyük hissəsi işıqsız və internetsiz qalıb.

Avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Qəzanın fəsadlarını aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

00:46 - 5 Yanvar 2024

Xəbər lenti