De Byazi Arif Əsədovu təpiklədi - VİDEO

 De Byazi Arif Əsədovu təpiklədi - VİDEO

Canni De Byazi Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub etdikləri oyunda matçda son nöqtəni uzaq məsafədən vurduğu baxımlı zərbə ilə qoyan Emin Mahmudovun qolundan sonra hisslərini cilovlaya bilməyib.

Titul.az xəbər verir ki, yığmamızın baş məşqçisi De Byazi millimizin üçüncü qolunu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd edib.

İtaliyalı çalışdırıcı həmin anı matçdan sonra belə şərh edib:

“Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı”.

Həmin anın videosunu təqdim edirik:

01:34 - 17 Noyabr 2023

Xəbər lenti