Futbolçumuzun qadın hakimlə oyundan sonrakı bu görüntüsü müzakirələrə SƏBƏB OLDU- VİDEO

 Futbolçumuzun qadın hakimlə oyundan sonrakı bu görüntüsü müzakirələrə SƏBƏB OLDU- VİDEO

Bakıda Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avropanın güclü komandalarından olan İsveç millisinə 3:0 qalib gəldiyi matçın sonu da maraqlı anlarla yadda qalıb.

Titul.az xəbər verir ki, matçın final fitindən sonra millimizin müdafiəçisi oyunu idarə edən xanım hakimlərlə görüşmək üçün əlini forması ilə örtüb, daha sonra xanım referi ilə görüşməsi kameralara tuş gəlib.

Millimizin və "Qarabağ"ın müdafiəçisinin bunu şəriətdə yad qadına toxunmağın günah olduğu üçün, onların naməhrəm hesab edildiyindən belə bir qərar verdiyi istisna edilmir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanı İsveçrədən olan FIFA referisi Ester Ştaubli idarə edib.

 

01:18 - 17 Noyabr 2023

Xəbər lenti