Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Titul.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.
57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bir nəfər azlıqda oynayan millimiz kapitan Emin Mahmudovun 89-cu dəqiqədə vurduğu qolla hesab fərqini 3 topa çatdırıb.
Lakin bu qol oyuna damğasını vurub. Belə ki, Emin uzaq məsafədən baxımlı qola imza ataraq matçın taleyini həll edib.
Həmin qolu təqdim edirik:
23:47 - 16 Noyabr 2023