"Bütün ölkə 12 yaşlı qızın nişanlandırılmasından danışır. Belə şey olmaz. Bu, birinci hadisə deyil. Gərək nişanlanmaq üçün də çinayət işi ola".
Titul.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib.
Olanlardan şoka düşən Nazilə od püskürüb: "Oğlanın müsahibəsinə baxıram, deyir ki, "ancaq üzük taxmışıq, başqa heç nə olmayıb". Başqa nə olmalıdır? Kül sənin başına. Sən özünə hörmət qoymayan adamsan. Sən gör özünə nə qədər güvənmirsən ki, gedib uşaqla nişanlanırsan. Onu da özün kimi uşaqbaz etmək istəyirsən. Öz yaşıdlarınla anlaşa bilmirsən. Tərbiyəsiz".
Nazilə Səfərli nişanlandırılan qızın valideynlərini də sərt tənqid edib: "O uşağı sənə verənin... Görürsünüz ki, uşaq "istehsal"ı vaxtınızdır, çevrilib yatın. Vacibdir dünyaya mikrob istehsal edib, camahatı zibilə salasınız?"
13:37 - 30 Dekabr 2023