"Fənərbaxça" - "Qalatasaray" matçı BAŞLAMADI: Futbolçular meydandan çıxarıldı - SƏBƏB ...

Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun baş tutmayıb.
 
Titul.az "NTV Spor"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti klublara qadağa tətbiq etdiyinə görə görüş keçirilməyib.

Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Daha sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib. 

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlanmalı idi.

22:00 - 29 Dekabr 2023

Xəbər lenti