Məşhur futbolçu faciəvi şəkildə ÖLDÜ - FOTO

 Məşhur futbolçu faciəvi şəkildə ÖLDÜ - FOTO

Avstraliyalı futbolçu Dakota Bolduin-Rayt tətilə getdiyi Çexiyanın paytaxtı Praqada tramvayın vurması nəticəsində dünyasını dəyişib.

Titul.az musavat.com-a istinadən xəbər verir ki, 25 yaşlı oyunçu Perth Demons komandasının formasını geyinirdi.

Xarici İşlər Nazirliyi futbolçunun cəsədini Avstraliyaya göndərmək üçün hazırlıqlara başlayıb.

Klubun prezidenti Adrian Bariç mövsümü uğurla başa vuran gənc futbolçu üçün başsağlığı verib.

Qeyd edək ki, Dakota Bolduin-Rayt klubda keçirdiyi 6 mövsüm ərzində komandası üçün 44 oyun keçirib. O, komandasından məzuniyyət götürərək 2024-cü il mövsümündə futbola ara verib dünyanı səyahət etmək qərarına gəlmişdi.

18:36 - 29 Dekabr 2023

Xəbər lenti