Müğənni Rəqsanə İsmayılova tənqidlə üzləşib.
Titul.az yenisabah.az-a istinadən xəbər verir ki, buna səbəb 44 yaşlı ifaçının pijamada kamera qarşısına keçərək kolbasa, xiyar və turp yeməsi olub.
Görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Rəqsanənin bu addımı birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri onu qınayıblar:
"Bir az mədəniyyətin olsun, ağzını marçıldatma!", "Bu sizə yaraşmadı, uşaq-muşaqdan hərəkət öyrənirsiniz", "Yeyin, nuş olsun, amma çəkib instaqramda paylaşmağın nə mənası var, anlamadım", "Səhnə adamı olasan, amma mədəniyyətin olmaya, mən iyrənirəm o ağzından çıxan səslərdən".
İfaçı ona yazılan şərhləri cavabsız qoyub.
Sözügedən görüntüləri təqdim edirik:
18:05 - 29 Dekabr 2023