"İndiyə qədər evdə də deyirəm ki, mənə toy lazım idi? Bir az başqa cür baxıram bunlara. Bu adət-ənənə, toy olmalıdır, getmisən uşaq da dünyaya gətiməlisən... Mən o ağılda yaşamıram".
Titul.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
İfaçı ana olmaq istəmədiyini vurğulayıb: "Mənlik olsaydı, toy etməzdim, anama, bacılarıma görə etdim. Nə edirəm toyu, nəyimə lazımdır? Uşaq istəmirəm, gecdir. Bu, böyük məsuliyyətdir, qorxuram. İtdən-pişikdən saxlayacağam, nə olacaq ki?"
14:05 - 28 Dekabr 2023