Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Titul.az-a bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.
Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, bu gün türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlunu yolu keçərkən maşın vurub. O, hadisə nəticəsində dünyasını dəyişib. Onu maşınla vuran isə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
Fotoda Azər Maqsudov
12:53 - 16 Noyabr 2023