“Mançester Siti”nin futbolçusu "Qalatasaray"a keçir

 “Mançester Siti”nin futbolçusu

"Qalatasaray" qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.

Titul.az Fanat.Az-a istinadən xəbər verir ki, "Qalatasaray" "Mançester Siti"də çıxış edən Serxio Qomes üçün hərəkətə keçib.

Mənbə bildirir ki, İstanbul klubu ispan sol cinah müdafiəçisini 1,5 illik icarəyə götürmək istəyir.

Qeyd edək ki, Qomes cari mövsüm 8 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

02:17 - 28 Dekabr 2023

Xəbər lenti