Estetik əməliyyat üçün Kanadadan Türkiyəyə gələn 47 yaşlı Yasmine adlı gənc qadın əməliyyatdan bir gün sonra xəstəxanada dünyasın dəyişib.
Titul.az xəbər verir ki, 3 əməliyyatın birdən icra edildiyi qadının ölüm kağızında ürəyinin dayandığı məlumatı qeyd edilib. Yasminenin ailəsi qızlarının ölümünə görə onu əməliyyat edən həkimdən şikayət ediblər.
Qeyd edək ki, qadın ailəli olub, 2 övladı var idi.
02:05 - 27 Dekabr 2023