"Real" Ardadan sonra bu türk futbolçunu alır

“Real Madrid” Arda Gülerin ardından daha bir türk futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Titul.az metbuat.az-a istinadən xəbər verir ki, “Real”ın “Yuventus”un hücumçusu Kenan Yıldız üçün təklif irəli sürdüyü bildirilir. "Defensa Central"ın xəbərinə görə, "Real Madrid"in prezidenti Florentino Peres gənc istedadlar axtarışına davam edir. Klubun skautu Jordi Kalafat Kenan Yıldızın transfer edilməsinin lazım olması barədə məlumat verib.

Xəbərdə deyilir ki, “Real” Kenan Yıldızla bir sıra klubların maraqlandığını bilir. Madrid təmsilçisi Kenan Yıldızı fiziki baxımdan kluba uyğun futbolçu hesab edir.

10:23 - 26 Dekabr 2023

Xəbər lenti