Sosial ödənişlərin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

 Sosial ödənişlərin verilməsi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Bir müddət öncə dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunlaşacağı bildirildi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir.

Titul.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ay bitmədən ödənişlər yekunlaşmış olacaq.

"Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər isə gecikmir, ay sonunda ödənişlər yekunlaşmış olacaq", - deyə qeyd edilib.

Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

 

10:20 - 26 Dekabr 2023

Xəbər lenti