Azərbaycanlı iş adamı yaşadığı mənzildə öldürüldü - Həyat yoldaşı evdə olub

 Azərbaycanlı iş adamı yaşadığı mənzildə öldürüldü - Həyat yoldaşı evdə olub

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib.

Titul.az Trend-ə istinadən xəbər verir ki, qətl hadisəsi Dağıstanda baş verib.

37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə hücum edən naməlum şəxslər onu yaşadığı mənzildə döyə-döyə qətlə yetiriblər.

Azərbaycanlı iş adamının evində dodağı qopmuş vəziyyətdə cansız bədəni aşkar olunub. Onun qətlə yetirildiyi vaxt həyat yoldaşının da evdə olduğu bildirilir.

Hazırda polis cinayətkarların axtarışını davam etdirir.

01:43 - 26 Dekabr 2023

Xəbər lenti