Əlcəzairin "Əl-Bayda" klubunun avtobusu qəzaya uğrayıb.
Titul.az Fanat.Az xəbər verir ki, komandanı daşıyan avtobus Əlcəzairin şimal-qərbindəki Suger şəhərində yerli liqa matçına gedərkən aşıb.
Qəza nəticəsində iki nəfər - 27 yaşlı qapıçı Zəkəriyyə Buziani və köməkçi məşqçi Xalid Müftah həlak olub. Xəsarət alan komandanın digər üzvlərinin vəziyyətinin stabil olduğu bildirilir.
Bu barədə açıqlama yayan Əlcəzair futbol federasiyası faciə ilə əlaqədar bütün divizionlarda bu həftə keçirilməsi nəzərdə tutulan bütün oyunları təxirə salıb.
"Əl-Bayda" 10 oyundan sonra 15 xalla Əlcəzair çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.
10:35 - 25 Dekabr 2023