Afrikaya gedən Hüseyn Həsənov qorillaların olduğu CƏNGƏLLİYƏ GİRDİ - VİDEO

 Afrikaya gedən Hüseyn Həsənov qorillaların olduğu CƏNGƏLLİYƏ GİRDİ - VİDEO

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov Afrikaya yollanıb.

Titul.az bizim.media-ya istinadən xəbər verir ki, Hüseyn təlimatçıların köməyi ilə dağların yamacında məskən salan qorilla sürüsünün yanına gedib.

Həsənov nəhəng meymunlara  yaxınlaşaraq onların görüntülərini çəkib. Həmin anları bloger sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Eyni zamanda arxada oturan qorillanın fonunda Hüseyn foto da çəkib.

Həsənovun qorillalarla görüşünün görüntülərini təqdim edirik:

00:43 - 25 Dekabr 2023

Xəbər lenti