"Oğlan uşağını vurmaq lazımdır" - Müğənnidən İLGİNC AÇIQLAMA

"Oğlan uşağı atasının şilləsini yeməlidir".

Titul.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Xəbərin var?" verilişində deyib. O bildirib ki, uşağa şiddət göstərməyin tərəfdarıdır:

"Bu, mənim şəxsi yanaşmamdır. Birmənalı şəkildə oğlan uşağı atasından çəkinməlidir. Atanın zəhmini yaradan isə anadır. Bu zəhm olmasa... Uşağın evdə, məktəbdə üstünə qışqırma deyirlər. Müəllim məktəbdə uşağın qulağını çəkir, onu işdən çıxardırlar. Bu cür məsələlərin əleyhinəyəm. 12-13 yaşlı uşaqlara rast gəlirsən, görürsən ki, tərbiyəsi yoxdur. Nə danışığını, nə böyük, nə də ki, kiçik yeri bilir.

 Öz uşağımı vurmamışam, çünki o, qız övladıdır. Bacım oğlunu vurmuşam. Oğlan uşağının dəcəlliyi olmalıdır. Bu, mütləqdir!".

21:47 - 24 Dekabr 2023

Xəbər lenti