“Neftçi”nin yeni baş məşqçisi AÇIQLANDI

 “Neftçi”nin yeni baş məşqçisi AÇIQLANDI

Adrian Mutu ilə yolları ayıran "Neftçi"nin yeni baş məşqçisi bəlli oluib.

Titul.az Fanat.Az-a istinadən xəbər verir ki, Mutunu bu vəzifədə Miodraq Bojoviç əvəzləyib. 

Monteneqrolu mütəxəssis bu gün Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında ictimaiyyətə təqdim olunub. 

Bojoviç “Belqrad”, “Boraç”, “Obiliç”, “Hayduk” (Belqrad), AEK (Pafos), “Buduçnost”, “Qrbal”, “Amkar” (Perm), “Moska”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Srvena Zvezda”, “Krılya Sovetov” kimi klublarda baş məşqçi olub. Son olaraq Tula “Arsenal”ını çalışdıran Bojoviç 2022-ci ilin yayından işsizdir.

21:44 - 24 Dekabr 2023

Xəbər lenti