Azərbaycan çempionatı FACİƏ İLƏ BİTƏCƏKDİ: İşıq dirəyi stadiona aşdı - ANBAAN VİDEO

 Azərbaycan çempionatı FACİƏ İLƏ BİTƏCƏKDİ: İşıq dirəyi stadiona aşdı - ANBAAN VİDEO

Tovuzda güclü külək az qala Azərbaycan Premyer Liqasının "Turan Tovuz" - Araz-Naxçıvan" matçının faciə ilə nəticələnməsinə səbəb olacaqdı.

Titul.az-ın əldə etdiyi məlumata görə, matçın ikinci hissəsində Tovuzda başlayan tufan stadionun işıq dirəklərini güclü silkələməyə başlayıb. 

Belə ki, güclü külək nəticəsində azarkeşlərin böyük tribunası tərəfdə olan işıq dirəyi stadiomna aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. .

Əks istiqamətdə olan işıq dirəyinin də aşma ehtimalı olduğu üçün canlı yayım dərhal yarımçıq dayandırılıb. 

Hakim futbolçuların meydançanı tərk etməsini istəyib, azarkeçlər də meydançadan dərhal çıxarılıb. 

Hər kəs polislərin müşayiətilə meydançanı tərk ediblər.

Anaan video:

22:53 - 23 Dekabr 2023

Xəbər lenti