Mətanət İsgəndərli ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verilişində maraqlı açıqlaması ilə gündəmə gəlib.
Titul.az xəbər verir ki, o canlı yayımda nəvələri üçün göz yaşı töküb.
"Evimdə üç uşaq böyüyür. Bir qız, iki oğlan. Mən onlar üçün çox narahatam. Onlar sabah məktəbdə utanacaqlar”.
Daha sonra Əməkdar artist eks gəlini Canana haqda heç kimin bilmədiyi faktı açıqlayıb
"Kərim 8-ci sinifdə oxuyurdu. Bu qadının isə (Canana. red.) 21 yaşı var idi. Hər gün oğlumun məktəbinə gedirdi, onu güdürdü, incidirdi. Deyirdi ananın fanatıyam. Sonra da dedi ki, səni sevirəm. Mən burdan sual verirəm. 21 yaşı olan qadın 8-ci sinif uşağını necə sevə bilər? Beləliklə ələ keçirtdi onu. Ardınca da 3 uşaq dünyaya gətirdi, oğlumu tora saldı”.
Onun söylədikləri studiyada əyləşən hər kəsi təəccübləndirib.
22:46 - 23 Dekabr 2023