"Qarabağ" sona 4 tur qalmış ÇEMPİON OLDU

"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Titul.az xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.

"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.

Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.

Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada sona 4 tur qalmış 12-ci dəfə çempionluğunu rəsmiləşdirib.

22:04 - 27 Aprel 2025

Xəbər lenti