Ağadadaş Ağayevin balta atdığı mühafizəçi HƏBS EDİLDİ

 Ağadadaş Ağayevin balta atdığı mühafizəçi HƏBS EDİLDİ

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Titul.az Musavat.com-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.

N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

10:59 - 25 Aprel 2025

Xəbər lenti