“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.
2014-cü ildən sözügedən xidmətin rəisi olan, “Əməkdar həkim” adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.
Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Adil Şükürov Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Şahlar Şükürovun qardaşıdır.
//Gününsesi.info
09:43 - 7 Aprel 2025