Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb.
Titul.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib.
11:14 - 23 Dekabr 2023