Azərbaycanlı məşhur anasını tabutda DƏFN EDİBMİŞ - İlginc səbəbi MƏLUM OLDU + FOTO

 Azərbaycanlı məşhur anasını tabutda DƏFN EDİBMİŞ - İlginc səbəbi MƏLUM OLDU + FOTO

"Anam vəsiyət etmişdi ki, mən rəhmətə getsəm, məni Füzulidə atanın yanında basırarsan".

Titul.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev deyib. O bildirib ki, anasının vəsiyyətini yerinə yetirmək üçün onu tabutda dəfn edib. Müğənni torpaqların işğaldan azad ediləcəyini hiss etdikləri üçün belə bir addım atdığını sözlərinə əlavə edib.

O, Qarabağ işğaldan azad edildikdən sonra anasını dəfn etdiyi məzardan çıxararaq, onu vəsiyyət etdiyi yerdə yenidən dəfn etmək istəsə də atasının məzarı ermənilər tərəfindən dağıdıldığı üçün bu planı baş tutmayıb. Manaf bildirib ki, atasının məzarına qarşı ermənilər vandalizm əməli törədərək, onu buldozerlə dağıdıblar, indi atasının məzarından əlamət də qalmayıb. 

 

11:29 - 23 Mart 2025

Xəbər lenti

Digər xəbərlər