Əməkdar artist vəfat etdi - FOTO

 Əməkdar artist vəfat etdi - FOTO

Rusiyanın Əməkdar artisti Boris Matveyev Sankt-Peterburqda vəfat edib.

Titul.az axşam.az-a istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin ölüm xəbərini 20 ildir çalışdığı "Bolşoy Kukla Teatrı" yayıb.

Onun hansı  səbəbdən vəfat etdiyi isə açıqlanmayıb.

Qeyd edək ki, bir çox film və seriallarda rol alan B.Matveyev "Fənərləri sınmış küçələr", "Troya qızılı", "Riko qardaşları" kimi layihələrdəki obrazları ilə yadda qalıb.

02:11 - 23 Dekabr 2023

Xəbər lenti