Azərbaycanda dərs vaxtı şagird qaçırıldı - Qızdan 16 yaş böyük kişi SAXLANILDI

 Azərbaycanda dərs vaxtı şagird qaçırıldı - Qızdan 16 yaş böyük kişi SAXLANILDI

Goranboyda məktəbli qaçırılıb.

Titul.az xəbər verir ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B. qaçırılıb. İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparır. (Unikal)

***

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O.Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib. /Oxu.Az

 

19:40 - 14 Mart 2025

Xəbər lenti