Dərs günlərinin yeri dəyişdirilib.
Bu barədə Titul.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 10-u istirahət gününün yeri martın 27-si iş günü ilə dəyişdirilib.
"Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır", - məlumatda qeyd olunub.
17:00 - 7 Mart 2025