“OBA” marketdə PARTLAYIŞ: Xəsarət alanlar var

 “OBA” marketdə PARTLAYIŞ: Xəsarət alanlar var

Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.

Titul.az xəbər verir ki, ilkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir.

Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

09:15 - 27 Fevral 2025

Xəbər lenti