"İstəmirəm ki, o subay oğlan ərdən boşanan qızımı alsın" - Samirədən ŞOK ETİRAF - FOTO

Müğənni-meyxanaçı Samirə Yusifqızı qızı Fərəhlə bağlı ilginc açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Titul.az xəbər verir ki, Samirə qızının Xalq artistinin oğlu ilə ailə qurmasına qarşı olduğunu bildirib.

O, bunun səbəbini belə izah edib:

"O uşaqla mənim qızımın birincisi yaş fərqi var idi, ikinci də mənim qızım ailəli olub boşanıb, bir oğlu da var. Mən istəmərəm ki, subay oğlan ailəli olmuş, ərdən boşanmış, uşaqlı qızı alsın. Mən bu evliliyə razı deyiləm. Çünki o oğlan daha ata ola bilməz".

Xatırladaq ki, hələ keçən ilin yanvarında "Tarixin bir günü" proqramının qonağı olan Samirə 2024-cü ilin may ayının 30-u qızının adını açıqlamadığı Xalq artistinin oğlu ilə evlənəcəyini bildirmişdi. Məlumata görə, bəyin anası Xalq artistidir.

 

22:32 - 25 Fevral 2025

Xəbər lenti