Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ - Bakıda 8 dərəcə şaxta...

 Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ - Bakıda 8 dərəcə şaxta...

Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Titul.az-a bildirilib ki, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

20:34 - 23 Fevral 2025

Xəbər lenti