İki gün əvvəl - 20 fevral tarixində Bakının ətraf qəsəbələrindən birində olduğu ehtimal edilən hadisə zamanı küçə iti azyaşlıya (cinsi oğlan) hücum edib.
Titul.az xəbər verir ki, dərsdən (dərsə) getdiyi aydın görünən təxminən 10-11 yaşlarında məktəbli oğlan uşağı qəfil küçə itinin hücumuna məruz qalır. Bu zaman bir məqam xüsusilə diqqət çəkib.
Küçə itinin uşağa hücum edib, onu dişləməsinə ilk olaraq elə başqa bir küçə iti mane olub. Həmin kadrlar videoya da diqqətlə baxanda aydın görünür.
Uşağın çığırtısı və itlərin hürüşməsinə həmin ərazidən keçən bir oğlan dərhal reaksiya verərək, uşağı qorumaq üçün ora qaçıb. Bunun ardınca hadisənin baş verdiyi ərazidəki bir ev sahibəsi qapını açaraq uşağa kömək etmək istəyib, ardınca isə taksi sürücüsü avtomobilini düz itlərin üzərinə sürərək, onu qorumaq üçün əlindən gələni edib.
Ətraflı videoda:
09:49 - 21 Fevral 2025