Fevralın 16-sı Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər öldüyü, 22 nəfərin ((7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla - red.) yaralandığı barədə məlumat vermişdik.
Titul.az-ın əldə etdiyi məlumata görə, qəzada avtomobili xurd-xəşil olan şəxslərdən biri də "Mercedes" markalı avtomobilin sahibi İlkin adlı şəxsdir.
Qəzaya uğrayan “Mercedes”in sürücüsü yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib. Zərbənin təsirindən "Mercedes" ikiyə qatlanıb, nəqliyyat vasitəsi xurd-xəşil olub. Hadisə zamanı avtomobiloinin içərisində olan İlkin möcüzəli şəkildə sağ qalmağı bacarıb.
Qeyd edək ki, qəza nəticəsində həlak olanlar Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir. Ölənlər aidiyyəti üzrə təhvil veriliblər.
Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı N.A., 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
00:29 - 19 Fevral 2025